"Barselona" ən yaxşı komanda olacaq" Levandovski

"Barselona"nın hücumçusu Robert Levandovski Kataloniya klubunun yenidən ən yaxşısı olacağına inanır.

Newsport.az xəbər verir ki, polşalı forvard AS-a açıqlamasında komandanın gələcəyi haqda nikbin olduğunu deyib: "Barselona" dəyişir. Bəli, bu zaman alır. Əminəm ki, "Barselona" təkmilləşəcək və hətta ən yaxşı komanda olacaq.

Xavi nə edəcəyini bilir. Məşqçi kimi böyük təcrübəyə malik olmasa da, inanılmaz oyunçu karyerasında yaşadığı hər şey ona kömək etdi".

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 31 xalla 2-ci pillədə qərarlaşıb. Komandanı lider "Real"dan 1 xal ayırır.a





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right