"Real"ın ÇL oyununu qadın hakim idarə edəcək

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək "Real" - "Seltik" oyununun baş hakimi açıqlanıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, görüşü fransalı qadın referi Stefani Frappar idarə edəcək.

Tarixdə ilk dəfə "Real"ın oyununa qadın baş hakim təyin olunub.

Xatırladaq ki, 38 yaşlı Frappar bu mövsüm Liqa 1-də 6, Avropa Liqasında isə 2 matçda hakimlik edib.

Xatırladaq ki, noyabrın 2-si Madriddə keçiriləcək "Real" - "Seltik" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right