"Nant"dan heç-heçə

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də XIII tur matçına çıxıb. 

Newsport.az-ın məlumatına görə, rəqib "Klermon" olub. Ev oyununda "Nant" Mostafa Məhəmmədin 73-cü dəqiqə qolu ilə məğlubiyyətdən qurtulmağı bacarıb. 

13 turdan sonra 12 xal toplayan "Nant" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Fransada keçirilən görüş isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right