"Qarabağ"a qarşı oyun öncəsi qalib gəldilər

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 12-ci tur oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda "Şalke"nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Şalke" - "Frayburq" - 0:2
Qollar:
 Qrifo, 45+1, 61-pen

Bu qələbə ilə xalını 24-ə yüksəldən "Frayburq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 26 xalla "Union" başçılıq edir. "Bavariya" 25 xalla 2-cidir.

Qeyd edək ki, Avroliqanın qrupunun ilk oyununda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında noyabrın 3-ü Bakıda keçiriləcək ikinci matç saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right