“Çempionlar Liqasını unutmağa çalışdıq” Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 12-ci turunun “Valensiya” ilə oyunu (1:0) haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Xavi, komandasının bir az əsəbi olduğunu deyib:

“Bu, çox vacib qələbədir, xüsusən də, buna son dəqiqədə nail olmağımız. Bir az əsəbi idik, Çempionlar Liqasını tərk etmək bizə təsir etdi. Çempionlar Liqasını unutmağa çalışdıq, amma çətindir. Səhv qərarlar verdik, ötürmə lazım olanda zərbə vururduq, zərbə vurmalıydıqsa, ötürmə edirdik. Bütün bunlar narahatlığın nəticəsidir.

Komandam bu qələbəyə layiq idi. Oyunçularım çox səy göstərdilər və son saniyələrdə istədikləri oldu. Bununla belə, biz daha əvvəl qol vurmağa layiq idik. Biz lider deyilik və “Real”a təzyiq etmək istəyirik”.

“Barselona” 31 xalla La Liqanın turnir cədvəlində birinci yerdədir. İkinci yerdə bir oyun az keçirən “Real” qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right