Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Videnbruk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.
“Şalke”nin ikinci komandası 13 turdan sonra 20 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.