“Mançester Siti” qalib gəldi, “Liverpul”la “Çelsi” uduzdu

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Brentford” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. “Fulhem” – “Everton” oyununda isə ümumiyyətlə qapılara qol vurulmayıb. “Kristal Pelas” “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.

“Tottenhem” səfərdə “Bornmut”a qalib gəlibsə, Londonun digər təmsilçisi “Çelsi” “Brayton”la matçda darmadağına üzülüb. Uğursuz mövsüm keçirən “Liverpul” da “Lids”lə ev oyununda xalsız qalıb. Son çempion “Mançester Siti” isə “Lester Siti” ilə səfər oyunundan qalib ayrılıb.

İngiltərə Premyer Liqası
14-cü tur
29 oktyabr

Lester Siti – Mançester Siti 0:1
Qol:
De Bruyne, 49.

Bornmut – Tottenhem 2:3
Qol:
Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.

Brentford – Vulverhempton 1:1
Qol:
Mi, 50 – Neves, 52.

Brayton – Çelsi 4:1
Qol:
Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-öz qapısına. Qross, 90+2 – Haverts, 48.

Kristal Pelas – Sauthempton 1:0
Qol:
Eduard, 38.

Nyukasl – Aston Villa 4:0
Qol:
K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.

Fulhem – Everton 0:0

Liverpul – Lids 1:2
Qol:
Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.

30 oktyabr

18:00. Arsenal – Nottingem Forest
20:15. Mançester Yunayted – Vest Hem





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right