Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şlask”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, “Visla”nın cari mövsümdəki dördüncü məğlubiyyətidir.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Visla” 15 turdan sonra 25 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.