“Tottenhem”in qapıçısı Uqo Loris Çempionlar Liqasının son turunda “Marsel”lə qarşılaşmanın vacib olduğunu bildirib.
Newsport.az-ın məlumatına görə, fransalı qapıçı həmin oyun haqda bunları deyib:
“Bu görüş finala bənzəyəcək. Bərabərlik də pley-offa vəsiqə qazanmaq üçün kifayətdir. Ona görə üstünlüyümüz var. Həmin görüşdə hisslərimizlə, ürəyimizlə oynamalıyıq. "Tottenhem" 100 faizini meydanda qoymalıdı”.
Xatırladaq ki, London klubu 8 xalla liderdi.
“Sportinq” və “Ayntraxt”(Frankfurt) 7 xalla ikincidi. Altı xala malik olan “Marsel isə altlı sonuncu pillədə qərarlaşıb.