"Yuventus" Alleqrinin yerinə namizəd tapdı

Uğursuz mövsüm keçirən "Yuventus" baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağı planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisinin yeni baş məşqçi namizədi də bəllidir. İtaliya klubu komandanın sükanı arxasına hazırda "Tottenhem"də işləyən Antonio Konteni gətirmək istəyir.

"La Gazzetta dello Sport"un məlumatına görə, Konte özü də "Yuve"yə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Antonio Konte 2011-2014-cü illərdə iki dəfə "Yuventus"a rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right