İtaliyanın "Montsa" klubunda çıxış edən Pablo Mari bıçaqlanıb.
Newsport.az-ın məlumatına görə, hadisə ötən gün Milandakı ticarət mərkəzlərindən birində baş verib. Əqli qüsürlu şəxs ispanyalı müdafiəçi də daxil olmaqla 6 nəfərə xəsarət yetirib.
29 yaşlı futbolçu xəstəxnaya yerləşdirilib. Təcrübəli oyunuçunun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, "Montsa" Pablo Marini mövsümün əvvəlində "Arsenal"dan icarəyə götürüb. Mari A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 1 qol vurub.