Rusiya millisinin sabiq futbolçusu karyerasını bitirdi

Futbol üzrə Rusiya millisinin sabiq hücumçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, Rusiya ikinci liqasında “Znamya”da çıxış edən 40 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Pavlyuçenko karyerası ərzində “Dinamo” (Stavropol), “Rotor” (Volqoqrad), “Spartak” (Moskva), “Tottenhem”, “Lokomotiv” (Mosvka), “Kuban” (Krasnodar), “Ural” (Yekatenburq) və “Ararat” (Moskva) kimi klubların da formasını geyinib. O, 2003-2012-ci illərdə Rusiya yığmasının heyətində 51 oyuna çıxıb, 21 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right