Fransanın “Oser” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini Kristof Pellisye çalışdıracaq. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.
Pellisye “Oser”də istefaya göndərilmiş Jan-Mark Furlanı əvəz edib.
“Oser” bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçə edən və 7 məğlubiyyətlə üzləşən komanda hazırda 9 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.