Vinisius: "Meydanda Benzemaya kömək edirəm"

"Real"ın futbolçusu Vinisius Junyor açıqlama verib.

Newsport.az-ın məlumatına görə, braziliyalı vinger Kərim Benzema ilə münasibəti haqda danışıb. 22 yaşlı oyunçu fransalı forvarddan çox şey öyrəndiyini deyib:

"Kərim mənə hər gün çox şey öyrədir. Mən də onun ötən mövsümdə olduğu kimi çox qol vurması üçün hər şeyi edirəm. Benzema mənə çox kömək edən insandır. Mən də meydanda ona kömək edirəm. Uzun müddət Kriştiano Ronaldo ilə birlikdə oynadıqdan sonra komandanın lideri olmaq Kərim üçün çox önəmlidir. Ona kömək edə bildiyimə görə çox xoşbəxtəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right