Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.
Newsport.az-ın məlumatına görə, 20 yaşlı hücumçu “İstanbulspor”dan ayrılaraq “Çorum”a keçib.
Onunla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.
Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. O, ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.