Bundesliqa klubunda yeni müdafiəçi

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi Polşa əsilli fransalı müdafiəçi Timote Kolodzeyçakı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu “Şalke” ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

Kolodzeyçakın sonuncu iş yeri “Sent Etyen” olub. O, Liqa 1 təmsilçisindən bu yay azad agent kimi ayrılmışdı. Mərkəz müdafiəçisi Lion “Olimpik”i, “Nitsa”, “Sevilya”, “Borussiya” (Mönhenqladbax) və “Tiqres UANL” komandalarında da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right