"Beşiktaş" baş məşqçisini istefaya göndərdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş" Valerien İsmaellə yollarını ayırıb. Bu barədə "NTV Spor" məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. "Qara qartallar" fransalı məşqçiyə 450 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Valerien İsmael bu ilin mart ayından "Beşiktaş"ı çalışdırırdı. Komanda 11 turdan sonra 19 xal toplayıb və Super Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right