"Aston Villa"dan ayrılan Stiven Cerrard Türkiyədə çalışa bilər.
Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis "Beşiktaş"ın maraq dairəsindədir. Valerien İsmaellə yollarını ayıran İstanbul təmsilçisi Cerrarda təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Stiven Cerrard 2021-ci ilin noyabr ayından bu ilin oktyabrın 12-dək "Aston Villa"nı çalışdırıb.