Azərbaycan millisinin üzvünün vurduğu qol ən yaxşı seçildi

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun vurduğu qol Almaniya üçüncü liqasında sentyabrın ən yaxşısı seçilib. 

Newsport.az-ın məlumatına görə, Nazarov sentyabrın 30-da “Erzgebirge Aue” – “Meppen” (3:0) görüşündə qol vurub. 

Həmin oyunda Nazarovun komandası mövsümün ilk qələbəsini qazanıb.  Hazırda Aue klubu 13 turdan sonra 10 xalla 19-cu yerdədi. 

Qeyd edək ki, Nazarov sonuncu dəfə millinin heyətində Millətlər Liqasının Qazaxıstanla açılış oyununda (0:2) meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right