“Spartak” azərbaycanlı futbolçuları darmadağınla yola saldı

Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.
 
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 72-ci dəqiqədə meydana buraxılıb.
 
“Ximki” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right