Nazarov oynadı, komandası uduzdu

Almaniya üçüncü liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue” növbəti oyununa çıxıb.

Nazarovun komandası "Verl"lə qarşılaşıb. Matç Aue klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.

"Erzgebirge Aue" 13 turdan sonra 10 xalla 19-cu pillədədi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right