“Barselona”ya təklif olunub Portuqaliyalı futbolçu

“Barselona”ya 2023-cü ilin yanvarında “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Nevesi transfer etmək təklif olunub.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Serxio Busketsi əvəzləmək istəyən kataloniyalılar 25 yaşlı Nevesi 40 milyon avroya transfer edə bilər.

Neves bu mövsüm bütün yarışlarda “Vulverhempton”un heyətində 11 matçda 2 qol vurub. Portuqaliyalı yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right