“Napoli” rəhbərliyi 21 yaşlı gürcü vinger Xviça Kvaratsxeliyanın nümayəndələri ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
Newsport.az-ın məlumatına görə, bu barədə “Calciomercato” məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Kvaratsxeliya ilə hazırkı razılaşma bir il – 2028-ci ilə qədər uzadılacaq. Eyni zamanda, futbolçunun maaşı indiki ilə müqayisədə iki dəfə artacaq.
Xviça 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O vaxtdan bəri o, İtaliya klubunun heyətində 14 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.