Millimizin müdafiəçisi oynadı, komandası bərabərə qaldı

Polşa çempionatında 14-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Stal"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib. Müdafiəçi 13-cü dəqiqə sarı vərəqə alıb.

Qeyd edək ki,  ​“Visla” turnir cədvəlində 25 xalla 3-cü pillədə qərarlaşıb. Siyahıya 32 xalla "Rakov" başçılıq edir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right