"Kvaratsxeliyanı yıxmağa çalışacağam” Mourinyo

"Roma"nın baş məşqçisi Joze Mourinyo A Seriyasının  11-ci turunda "Napoli" ilə matç öncəsi rəqib komandanın hücumçusu Xviça Kvaratsxeliyanı dayandırmaq üçün nə edəcəyi ilə bağlı sualı cavablandırıb .

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Gürcüstan millisinin üzvü haqda deyib: “Kvaratsxeliyanı dayandırmaq üçün nə edəcəyəm? Heç nə... Ən yaxşı halda, Kvaratsxeliya qaçarsa, onu yıxmağa çalışacağam”.

Xatırladaq ki, bu gün keçiriləcək “Roma” – “Napoli” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  Kvaratsxeliya İtaliya çempionatında bu mövsüm meydana çıxdığı 10 matçda 5 qol vurub və 3 qolun ötürməsini verib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right