"Qarabağ"ın rəqibindən səfər qələbəsi

Futbol üzrə Yunanıstan Super Liqasında 9-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" səfərdə "Panetolikos"un qonağı olub. Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Olimpiakos" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right