“Qızıl top”: Kim neçə xal toplayıb?

“Qızıl top” üçün səsvermənin nəticələri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, mükafata sahib çıxan “Real”ın hücumçusu Kərim Benzema 558 mümkün xaldan 549-nu toplayıb.

Səs verən 93 üzvdən 89-u onu birinci yerə layiq görüb. Yalnız Misir, Niderland, Seneqal və Sloveniyadan olan jurnalistlər fərqli seçim ediblər.

Səsvermənin nəticələrinə görə ilk 10-luq belədir:

1. Kərim Benzema (“Real”) – 549 xal
2. Sadio Mane (“Bayern”/“Liverpul”) – 193
3. Kevin de Bruyne (“Mançester Siti”) – 175
4. Robert Levandovski (“Barselona”/“Bayern”) – 170
5. Məhəmməd Salah (“Liverpul”) – 116
6. Kilian Mbappe (PSJ) – 85
7. Tibo Kurtua (“Real”) – 82
8. Vinisius Junior (“Real”) – 61
9. Luka Modriç (“Real”) – 10
10. Erlinq Haland (“Mançester Siti”/“Borussiya” D) – 18

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo və daha 10 futbolçu 1 xal belə qazana bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right