"Qarabağ"ın rəqibinin kubok sınağı

Bu gün İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın Avroliqadakı rəqibi "Yanq Boyz" "Kriens"in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, "sarı-qaralar" 3 gün öncə "Luqano" ilə çempionat matçına çıxmışdı.

Qeyd edək ki, "Yanq Boyz" avqustun 20-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Qarabağ"ı qəbul edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right