Stiven Cerrard istefaya göndərildi

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.


Newsport.az xəbər verir ki, "Aston Villa" Stiven Cerrardla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Klub rəhbərliyi Premyer Liqanın 12-ci turunda "Fulhem"ə 0:3 hesablı məğlubiyyətdən sonra 42 yaşlı mütəxəssisi istefaya göndərib. 


Qeyd edək ki, Stiven Cerrard 2021-ci ilin noyabr ayından "Aston Villa"nı çalışdırırdı. Komanda hazırda 9 xalla Premyer Liqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right