İspaniya Primerosu dayandırıla bilər.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oktyabrın 27-də bununla bağlı yekun qərar veriləcək. La Liqanın prezidenti Xavyer Tebas məsələ haqda məlumat verib.
Məsələ ondadır ki, klublar həm İspaniya liqasında, həm də Super liqada oynaya bilməz. Bu baş verərsə, ölkədəki idman qanunları pozulmuş olacaq. "Real", "Barselona" və "Atletik" Super liqada oynamaq istəyir.
Buna görə də oktyabrın 27-də La Liqanın iclası keçiriləcək və mövsümün gedişi ilə bağlı yekun qərar qəbul olunacaq.
Məsələ burasındadır ki, Avropanın nəhəng klubları yenidən Super Liqanın yaradılmasını və turnirin keçirilməsindən yanadır.