"Ançelottinin istefasına səbəb olmaq istəmirəm”

"Real"ın futbolçusu Federiko Valverde La Liqanın 10-cu turunda "Elçe" ilə oyundan (3:0) sonra son çıxışını şərh edib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandasının görüşdəki 1 qolunun müəllifi olan uruqvaylı hücumçu deyib:  "Ançelotti dedi ki, ən azı 10 qol vurmasam, futbolu tərk edəcək. Bu doğrudur. Öz üzərimdə daha çox çalışmaq istəyirəm. Mən Ançelottinin istefasına səbəb olmaq istəmirəm (gülür)”.

Qeyd edək ki, F.Valverde bu mövsüm bütün turnirlərdə 15 matçda 6 qol vurub və 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right