Almaniya Bundesliqasında 2015/2016 mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, mövsümün açılış matçı Münhendə keçirilib.
Son çempion "Bavariya" öz meydanında ötən mövsüm millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue"ni "pley-off"da məğlub edərək Bundesliqada qalmağı bacaran "Hamburq"u qəbul edib. Görüş Münhen təmsilçisinin darmadağını ilə başa çatıb – 5:0.
Qeyd edək ki, Bundesliqada ilk tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
14 avqust
Almaniya Bundesliqası, 1-ci tur
"Bavariya" - "Hamburq" - 5:0
Qollar: Benatia, 27, Levandovski, 53, Müller, 69, 73, Duqlas Kosta, 87
15 avqust
"Ausburq" - "Herta" (Berlin)
"Bayer" (Leverkuzen) - "Hoffenhaym"
"Darmştadt" - "Hannover"
"Maynz" - "İngolştadt"
"verder" (Bremen) - "Şalke"
"Borussiya" (Dortmund) - "Borussiya" (Münhenqladbax)
16 avqust
"Volfsburq" - "Antraxt"
"Ştutqart" - "Köln"