“Olimpiakos”un prezidenti koronavirusa yoluxub

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı funksionerin durumu yaxşıdır.

Marinakisdə ikinci dəfə koronavirus aşkarlanıb.

“Qarabağ” 3-cü turda Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Bakıdakı 4-cü tur matçında qolsuz bərabərlik qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right