Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçiriləcək.
Newsport.az xəbər verir ki, London “Arsenal”ı İngiltərədə Niderlandın PSV komandasını qəbul edəcək.
A qrupu çərçivəsində baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. “Topçular” 3 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb. Britaniya təmsilçisi bu görüşdə xal itirməyəcəyi halda, pley-off-a vəsiqəni təmin edəcək.
A qrupunda Norveçin “Bodo Qlimt” və İsveçrənin “Sürix” komandaları da mübarizə aparır.
Avropa Liqası
A qrupu
20 oktyabr
21:00. Arsenal (İngiltərə) – PSV (Niderland)
Xal: Arsenal – 9, PSV – 7 xal, Bodo Qlimt – 4, Sürix – 0.