Rusiyalı forvard "Qalatasaray"a doğru

"Qalatasaray" Rusiya millisinin forvardı Fyodor Smolovu transfer etmək istəyir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun rusiyalı üçün agenti ilə danışıqlara başladığı da iddia olunur.

Smolovun "Dinamo" ilə müqaviləsi 2024-cü ilin iyun ayında başa çatacaq. Qışda "Qalatasaray"ın 32 yaşlı forvardla müqavilə imzalayacağı ehtimal edilir.

O, əvvəllər "Anji", "Feyenoord", "Krasnodar", "Selta", "Ural", "Lokomotiv"(Moskva) kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right