Almaniya II Bundesliqasında 3-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" ötən gün səfərdə "Frankfurt"un qonağı olub.
İlk iki oyunda olan "Karlsrue" bu dəfə meydandan qələbə ilə ayrılıb – 2:1.
Meydana 68-ci dəqiqədə daxil olan millimizin üzvü 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
14 avqust
Almaniya II Bundesliqası, 3-cü tur
21:30. "Frankfurt" - "Karlsrue" - 1:2