"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Portuqaliya millisinin və İngiltərə "Liverpul"unun futbolçusu Dioqu Jota bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Almaniyalı mütəxəssis bildirib ki, 26 yaşlı hücumçu zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Portuqaliya yığması Qana, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right