"Atletiko"nun kapitanı Koke zədələnib.
Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən zədə alıb. O, ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belə ki, İspaniyalı oyunçu "Rayo Valyekano", "Betis", "Bayer", "Kadis", "Porto" və "Espanyol"la matçlarda iştirak edə bilməyəcək. Buna baxmayaraq, futbolçu DÇ-2022-də oynaya biləcək.
Qeyd edək ki, Koke bu mövsüm La Liqanın 9 oyununda 2 qolun ötürməsini verib.