MY “Barselona”nın hədəfindəki futbolçuya yeni müqavilə təklif edəcək

“Mançester Yunayted” sağ cinah müdafiəçisi Dioqo Dalota yeni, bir illik müqavilə təklif edə bilər.

Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 23 yaşlı portuqaliyalının gələn il komandanı tərk etməməsi üçün onunla müqaviləni yeniləməyə hazırdır. Nəticədə, “Barselona” və oyunçu ilə maraqlanan digər klublar gələn yay Dalot uğrunda mübarizəni davam etdirmək istəsələr, MY ilə transfer məbləği barədə danışıqlar aparmaq məcburiyyətində qalacaqlar.

Portuqaliyalı futbolçu 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər Dalot “Milan”da icarə əsasında çıxış edib.

O, bu mövsüm bütün turnirlərdə 13 oyunda 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right