Maradonanın oğlundan gürcünün ünvanına tərif "Əminəm ki, daha da yaxşılaşacaq"

Mərhum argentinalı futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Armando Maradona “Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Maradonanın oğlu gürcüstanlı yarımmüdafiəçini tərifləyib:

“Xviça güclü oyunçudur. O, keyfiyyətə, şəxsiyyətə və özünü təkmilləşdirmək üçün kifayət qədər yaxşı şeylərə malikdir. Əminəm ki, daha da yaxşılaşacaq. Atam bu kollektivlə fəxr edər, sinəsi qabarıq gəzərdi. Mən buna tam əminəm. Onun “Napoli”ni cənnətdən məmnuniyyətlə izlədiyini düşünməyi xoşlayıram”.

Maradona futbolçu karyerasının ən yaxşı illərini “Napoli”də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right