“Dinamo”dan Mahirsiz növbəti qələbə

Futbol üzrə Xorvatiya çempionatında 13-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Varajdin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 13 turdan sonra 34 xalla zirvədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right