"Çelsi"nin müdafiəçisi dünya çempionatını buraxacaq

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "Çelsi"nin müdafiəçisi Ris Ceyms sıradan çıxıb. Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunun "Milan"la oyununda (2:0) zədələnən 23 yaşlı sağ cinah müdafiəçisinin durumu ciddidir. 

Futbolçu iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun 21-dən dekabrın 18-dək Qətərdə baş tutacaq dünya çempionatını buraxacağı deməkdir.

Qeyd edək ki, Ris Ceyms cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right