ABŞ-ın MLS liqasında çıxış edən "Orlando Siti" klubunun futbolçusu Kaka uzun müddətdən sonra yenidən Braziliya millisinə çağırılıb.
Newsport.az-ın məlumatına görə, yığma koamndanın baş məşqçisi Dunqa 33 yaşlı oyunçunu sentyabrda Kosta-Rika və ABŞ-la keçiriləcək yoxlama oyunları üçün heyətə daxil edib. Kaka sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağırılıb.