Avropa Liqasında həftənin ən gözəl qolunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "Trabzonspor"un futbolçusu Enis Bardinin "Monako"ya vurduğu qol səsvermə zamanı digərlərini qabaqlayıb.
Şimali makedoniyalı futbolçu "Trabzonspor"un "Monako"ya 4:0 qalib gəldiyi görüşdə cərimə zərbəsindən qol vurmuşdu.
Xatırladaq ki, Bardi Emiliano Martinez("Midtülland"), Aleksander Sörlot ("Real Sosyedad") və Coey Vermanı (PSV) qabaqlayıb.