"İnter" slovakiyalını buraxmaq niyyətində deyil

"İnter" Milan Şkrinyarla yollarını ayırmaq fikrində deyil.

Newsport.az-ın məlumatına görə, "nerazzura" slovakiyalı futbolçuya yeni müqavilə təklif edib.

Milan klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq Şkrinyara PSJ-dən rəsmi təklif gəlib. 

"İnter" rəhbərliyi slovakiyalı ilə müqavilə müddətini 2025-ci ilə qədər artırmaq niyyətindədi. Tərəflər maliyyə məsələlərində razılıq əldə edərsə, gələn həftə onunla müqavilə müddəti uzadılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right