"Bavariya"nın yeni forması

"Bavariya" yeni formasını təqdim edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, formalar Münhendəki Olimpiya Stadionunun 50 illiyi şərəfinə hazırlanıb.

Formanın dizaynı Münhenin dünyaca məşhur simvolik çəpərli damından ilhamlanıb və arenanın ətrafındakı rəngarəng elementləri özündə birləşdirir.

Qeyd edək ki, “Bavariya” 1972-2005-ci illərdə bu stadionda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right