Ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Viktoriya" (Plzen, Çexiya) ilə matç "Bavariya"nın futbolçusu Pol Uanner üçün əlamətdar olub.
Newsport.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, görüşün 70-ci dəqiqəsində Dayo Upamekanonun əvəzinə meydana daxil olub. Nəticədə avstriyalı futbolçu "Bavariya"nın heyətində Çempionlar Liqasında debüt edib. Bununla da 16 yaş 294 günlüyündə olan yarımmüdafiəçi "Bavariya"nın ÇL-də oynayan ən gənc futbolçusu adını qazanıb.