Bu gün İspaniya superkubokunun ilk oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Barselona" və "Atletik" (Bilbao) klubları üz-üzə gələcək.
Bilbaoda keçiriləcək ilk görüş Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı avqustun 18-də Barselonada baş tutacaq.
Qeyd edək ki, "Barselona" və "Atletik" ötən mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi.
14 avqust
İspaniya superkuboku, ilk oyun
01:00. "Atletik" (Bilbao) - "Barselona" 4-0
Qollar: San Xose, 13, Aduriz, 53, 62, 68