Fransa klubunda baş məşqçi istefası

"Reyms" (Fransa) baş məşqçisi Oskar Qarsiya ilə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. 
 
Qarsiya 2021-ci ilin yayından "Reyms"i çalışdırırdı.
 
Qeyd edək ki, "Reyms" son oyununda ölkə çempionatında PSJ ilə 0:0 hesablı heç-heçə edib. Komanda hazırda turnir cədvəlində 8 xalla 15-cidir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right