Messi PSJ-də də liderdir

PSJ-nin hücumçusu Lionel Messi klubun paltardəyişmə otağının lideri olub. 

Newsport.az "Radio Marca"ya istinadən xəbər verir ki, argentinalı futbolçu sabiq klubu "Barselona"da olduğu kimi Paris təmsilçisində  eyni təsirə malikdir.

Xəbərdə bildirilib ki, ancaq Kilian Mbappe və PSJ-nin bir çox digər oyunçuları paltardəyişmə otağındakı bu vəziyyətdən məmnun deyillər. Onlar bunun  Çempionlar Liqasını qazanmaq üçün ən əlverişli mühit olmadığı qənaətindədirlər.

Xatırladaq ki, Messi ötən yay "Barselona"dan azad agent kimi ayrılaraq PSJ-yə keçib.O, bu mövsüm klubun heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 8 qol vurub və 8 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right